|
Baş səhifə / Bank haqqında |
Biz, Amrahbank olaraq hesab edirik ki, Bankın strukturu onun fəaliyyətinin necə qurulması və idarə olunmasını əks etdirməli və Bankın qarşısında duran strateji məqsədlərə uyğun gəlməlidir.
Həyata keçirilməsi nəzərdə tutulan işlərin miqyas və səviyyəsini nəzərə alaraq, 2008-ci ildə Amrahbank strateji idarəçilik strukturunu dəyişdirməyə başlamışdır. Həmin proqramın bir hissəsi olaraq, Amrahbank təşkilati strukturunda da dəyişiklikləri həyata keçirmişdir.
Yeni struktur 3 əsas məqsədə xidmət edir:
- Bankın fəaliyyətinə aid olan risklərin səviyyəsini aşağı salmaq məqsədi ilə müfəssəl korporativ idarəetmə modelinin yaradılıb tətbiq edilməsi
- Fəaliyyətin səmərəliyinin təmin olunması və qərarların daha sürətlə qəbul olunması üçün imkanların yaradılması
- Təşkilati stukturu korporativ strategiyaya uzlaşdıraraq məqsədlərə nail olmasına imkan yaratmaq və nailiyyətlərin qiymətləndirilməsini mümkün etmək.
Yeni struktura əsasən, Bankın fəaliyyəti iki əsas biznes sektoruna bölünüb:
- Korporativ müştərilər üçün nəzərdə tutulan bankçılıq məhsul və xidmətləri
- Fiziki şəxslər üçün nəzərdə tutulan bankçılıq məhsul və xidmətləri
Təşkilati struktur haqqında daha ətraflı məlumatı aşağıdakı bölmələrdən əldə edə bilərsiniz::
- Müşahidə Şurası
- Audit Komitəsi
- İdarə Heyəti
|
|
|